Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir.
İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır.
İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır".
17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.